Birləşmiş Millətlər Təşkilatı Ukraynada savaşan tərəfləri mülki obyektlərə hücumları dayandırmağa çağırıb.  

İqtisadiyyat.az xəbər verir ki, bunu bazar ertəsi BMT baş katibinin sözçünün müavini Fərhan Haq deyib.

"Yaxşı, bu hücuma kimin cavabdeh olduğuna dair bizdə heç bir ilkin məlumat yoxdur. Amma əlbəttə ki, biz mülki obyektlərə edilən bütün hücumların əleyhinəyik və onların dayandırılmasını istəyirik", - Haq Ukraynanın Rusiyada həyata keçirdiyi əməliyyatı şərh edərkən qeyd edib.

Moskva meri Sergey Sobyanin bazar günü səhər saatlarında şəhərin Ukrayna pilotsuz uçuş aparatlarının hücumuna məruz qaldığını, Moskva şəhərində iki ofis göydələninə cüzi ziyan dəydiyini söyləyib.