ABŞ dövlət katibi Antoni Blinken oktyabrın 26-28-də Vaşinqtona səfəri zamanı Çinin xarici işlər naziri Vanq Yi ilə Yaxın Şərqdə mövcud gərginliyin azaldılması ilə bağlı məsələləri müzakirə etmək niyyətindədir. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Amerikanın xarici siyasət idarəsinin rəhbəri BMT Təhlükəsizlik Şurasının Fələstin-İsrail münaqişəsi zonasındakı vəziyyətə həsr olunmuş iclasında bildirib.

Blinkenin sözlərinə görə, Təhlükəsizlik Şurasının üzvləri bu münaqişənin genişlənməsinin qarşısını almaq üçün xüsusi məsuliyyət daşıyırlar: "Mən bu həftənin sonunda Vaşinqtona gələndə çinli həmkarımla bu istiqamətdə işləməyə davam etməyi səbirsizliklə gözləyirəm".

Blinken qeyd edib ki, Yaxın Şərqdə münaqişənin potensial gərginləşməsi bütün dünya üçün fəlakətli nəticələrə səbəb ola bilər: "Biz hamımız bu münaqişənin böyüməməsini təmin etməyə sadiqik. Münaqişənin genişlənməsi təkcə fələstinlilər və israillilər üçün deyil, həm də bütün regionda və əslində bütün dünyada insanlar üçün fəlakətli nəticələrə səbəb olacaq".

O əlavə edib ki, dünya Yaxın Şərqdə davamlı və iki dövlətli həllin hazırlanması üçün kollektiv səylərini ikiqat artırmalıdır.