2020-ci ilin yanvar-mart aylarında Rusiyadan Azərbaycana pul köçürmələri $95,228 milyon təşkil edib. 

Bu barədə Mərkəzi Bankdan məlumat verilir.

2019-cu ilin birinci rübündə Rusiyadan Azərbaycana fiziki şəxslər $133,786 milyon vəsait köçürüblər. Beləliklə, 2020-ci ilin yanvar-mart aylarında Rusiyadan Azərbaycana fiziki şəxslərin pul köçürmələri 28,8% azalıb.

Rusiya Azərbaycana köçürmələr həyata keçirən ölkələr arasında birinci yerdə qərarlaşıb.

O cümlədən, fiziki şəxslərin köçürmələrinin həyata keçirildiyi ölkələrin beşliyinə Türkiyə - $18,02 milyon (artım 13,6%), АBŞ - $10,089 milyon (аrtım 9,6%), Qazaxıstan - $8,13 milyon (аrtım 7,4%) və BƏƏ - $7,379 milyon (аrtım 29,9%) daxildir.

Həmçinin, Azərbaycandan fiziki şəxslərin pul köçürmələrinin həyata keçirildiyiölkələr arasında birinci yerdə qərarıaşıb.

Belə ki, hesabat dövründə Azərbaycandan Rusiyaya köçürmələrin həcmi $29,332 milyon təşkil edib, bu da 2019-cu ilin birinci rübünün göstəricisindən 20,3% çoxdur.

Eyni zamanda, hesabat dövründə Azərbaycanda fiziki şəxslər Türkiyəyə - $26,387 milyon (аrtım 33,8%), АBŞ-a - $10,383 milyon (аrtım 51,9%), Böyük Britaniyaya - $8,234 milyon (аrtım 90,4%) və Gürcüstana - $7,721 milyon (аrtım 69,4%) həcmində köçürmələr həyata keçiriblər.

Xəbər verildiyi kimi, 2020-ci ilin yanvar-mart aylarında Azərbaycana pul köçürmələrinin həcmi $188 milyon təşkil edib ki, bu da 2019-cu ilin I rübünün göstəricisindən 12,6% azdır. Hesabat dövründə Azərbaycandan xaricə pul köçürmələri 37% - $122,3 milyona qədər artıb.FED.az