Biləsuvarda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

İqtisadiyyat.az xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə yolunun Çaylı kəndi ərazisindən keçən hissəsində baş verib.

Biləsuvar rayonun Çaylı kənd sakini, Ziyafəddin Fikrəd oğlu Fətullayevin idarə etdiyi "Ford" markalı yük avtomobili ilə hərəkətdə olarkən həmkəndlisi, 1969-cu il təvəllüdlü Səlimə Mirmahmud qızı Sultanovanı vurub.

Qəzada ağır xəsarət alan S.Sultanova hadisə yerində ölüb.

Qeyd edək ki, hadisə, avtobusdan düşən piyada yolu keçmək istəyərkən baş verib.//APA//