Biləsuvar şəhər 4 nömrəli tam orta məktəbində yanğın baş verib.

Bu barədə İqtisadiyyat.az-a məktəbdən məlumat verilib.

Məlumatda bildirilir ki, bu gün saat 10:45 radələrində məktəb binasının ikinci mərtəbəsində elektrik paylayıcısında qısqapanma nəticəsində baş vermiş yanğın zamanı şagirdlər və işçi heyət məktəbin təxliyyə manqası tərəfindən təxliyyə edilib, yanğına müdaxilə manqası tərəfindən yanğın söndürülüb, FHN-in qaynar xəttinə məlumat verilib.

Qeyd olunub ki, baş vermiş yanğın zamanı heç bir xəsərat alan olmayıb.