Biləsuvar rayonunun Təzəkənd kəndində bıçaqlanma hadisəsi baş verib.

İqtisadiyyat.az-ın məlumatına görə, rayonun Ağalıkənd kənd sakini, 1983-ci il təvəllüdlü Vasif Abbasov kürək nahiyəsindən bıçaqlanıb.

Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Ona bıçaq xəsarəti yetirməkdə Təzəkənd kənd sakini Vasif Məmmədov şübhəli bilinir.

Faktla bağlı araşdırma aparılır.