Beyləqan rayonu, İkinci Aşıqlı kəndi yaxınlığında meşə massivində 0,5 ha sahədə kol-kos və qismən ağaclar yanıb.

Bu barədə İqtisadiyyat.az-a FHN-dən məlumat verilib. 

Bildirilib ki, meşə massivinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.