Bakıda betonkəsən aparatın 12 000 manat dəyərində mühərriki oğurlanıb.

Bu barədə İqtisadiyyat.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Sabunçu RPİ 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində sentyabrın 16-na keçən gecə Bakı şəhər sakini S.Şabanova məxsus betonkəsən aparatın 12 000 manat dəyərində mühərrikini oğurlamaqda şübhəli bilinən Hacıqabul rayon sakini Sərxan Müslümov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.