Bərdə rayonunda ailə münaqişəsi zəmində qətil hadisəsi baş verib.

İqtisadiyyat.az-ın DİN-in mətbuat xidmətinin regional qrupundan mətbuatın sorğusuna cavab olaraq bildirilib ki, iyunun 2-də saat 09 radələrində 1987-ci il təvəllüdlü Zöhrab Həşimov 1990-cı il təvəllüdlü həyat yoldaşına bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Qadın xəstəxanaya yerləşdirilib. 

Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb. Cinayət işi başlanılıb. 

Bərdə RPŞ-də istintaq hərəkətləri aparılır.