2022-ci il futbol üzrə dünya çempionatının başlamasına az qalmış zədələnən Kərim Benzema millidəki karyerasını başa vurduğunu açıqlayıb.

Öz sosial media hesabında paylaşım edən 34 yaşlı ulduz futbolçu fikirlərini bu cür ifadə edib:

"Bu gün olduğum yerə çatmaq üçün çox səy göstərdim. Eyni zamanda səhvlər də etdim və bununla fəxr edirəm! Öz hekayəmi yazdım və bizim hekayəmiz bitdi."