Belçikanın Spa şəhərində yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Frans Press” agentliyi məlumat yayıb.

Bildirilib ki, təyyarədə iki nəfər həlak olub və eniş düzgün yerinə yetirilməyib.

Qeyd edək ki, təyyarə enərkən uçuş-enmə zolağının yanındakı avtomobilə çırpılıb və partlayıb.