"Belarus özünü vasitəçi kimi təsdiqləyib və yenidən Rusiya ilə Ukrayna arasında danışıqlar platformasına çevrilməyə hazırdır".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə TASS-a Belarusun Rusiya Federasiyasındakı səfirliyinin müşaviri Aleksandr Şpakovski bildirib.

"Əgər indi müharibəni qızışdıranlar xoş niyyətli olarsa, o zaman Belarus bu danışıqlara ev sahibliyi etməyə hazırdır və sülh əldə olunarsa, biz şad olarıq", - deyə o, Yalta Beynəlxalq Forumu çərçivəsində verdiyi açıqlamada bildirib.

Şpakovski vurğulayıb ki, Belarus artıq sülhməramlı təşəbbüsləri ilə tanınır, xüsusilə, Minsk Donbassdakı vəziyyəti həll etmək üçün Təmas Qrupunun görüşlərini təşkil etmək öhdəliyini qüsursuz şəkildə yerinə yetirib və göstərib ki, o, həm uyğun şərtlər, həm də təhlükəsizlik baxımından istənilən səviyyədə danışıqları təmin etmək iqtidarındadır: "Biz Belarus diplomatiyasının sülhməramlı missiyasının bu rolundan imtina etməmişik və bundan imtina etmək fikrində deyilik. Bu, artıq tariximizin və xarici siyasət imicimizin bir hissəsidir".