"Birləşmiş Ərəb Əmirlikləri İrandan Fars körfəzindəki Böyük Tunb, Kiçik Tunb və Əbu Musa adalarının işğalına son qoymasını tələb edir". 

İqtisadiyyat.az xəbər verir ki, bunu BƏƏ-nin beynəlxalq əməkdaşlıq üzrə dövlət naziri Rim bint İbrahim əl-Haşimi deyib.

"BƏƏ bir daha İrandan Böyük Tunb, Kiçik Tunb və Əbu Musa adalarının işğalına son qoymasını tələb edir. Bu problem nə qədər davam etsə də, bizim bu adalara olan qanuni hüququmuz mövcud olmağa davam edəcək və zaman bizim onların üzərindəki suverenliyimizi qaldıra bilməz", - deyə o, BMT Baş Assambleyasının 78-ci sessiyasında ümumi siyasi debatda çıxışı zamanı bildirib. 

BƏƏ-nin beynəlxalq əməkdaşlıq üzrə dövlət naziri qeyd edib ki, Əbu-Dabi bu problemi ya Tehranla birbaşa danışıqlar, ya da Beynəlxalq Ədalət Məhkəməsi vasitəsilə həll edəcək.

Böyük Tunb, Kiçik Tunb və Əbu Musa adaları Fars körfəzinin strateji əhəmiyyətli bölgəsində yerləşir. Adalar BƏƏ və İran arasında mübahisəli vəziyyət yaradıb.