ABŞ Prezidenti Co Bayden gələn həftə Vaşinqtonda Ukrayna lideri Volodimir Zelenskini qəbul edəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan brifinqdə danışıb.

Sallivanın sözlərinə görə, Bayden Nyu-Yorkdan qayıtdıqdan sonra Zelenskini Vaşinqtonda qəbul edəcək. Görüş cümə axşamı, sentyabrın 21-də baş tutacaq.

Baydenin müşaviri qeyd edib ki, bu, iki ölkə liderlərinin Ağ Evdə üçüncü görüşü olacaq.