ABŞ Prezidenti Co Bayden və Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi Məhəmməd ibn Salman Yaxın Şərqdə münaqişənin genişlənməsinin qarşısını almaq üçün hərbi və diplomatik səyləri müzakirə ediblər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ağ Evdən bildirilib.

"Bayden və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi münaqişənin gərginləşməsindən sonra İsrail və Fələstin arasında davamlı sülhün əldə edilməsinin vacibliyini müzakirə ediblər", - Ağ Ev qeyd edib.