ABŞ prezidenti Co Bayden və İsrailin baş naziri Benyamin Netanyahu arasında telefon danışığı olub. Tərəflər Qəzza zolağındakı vəziyyəti müzakirə ediblər. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

"Prezident Bayden İsrailin baş naziri Benyamin Netanyahu ilə İsrail və Qəzzada baş verən son hadisələri müzakirə edib", - deyə mətbuat xidməti qeyd edib.