Bu gün “Şüvəlan” sularda xilasetmə məntəqəsinin ərazisində və “Şüvəlan” sularda xilasetmə məntəqəsindən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

"Bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Şüvəlan” sularda xilasetmə məntəqəsinin ərazisində və “Şüvəlan” sularda xilasetmə məntəqəsindən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub", - məlumatda qeyd olunub.