Balakən rayonunda yanğın olub.

Bu barədə İqtisadiyyat.az-a FHN-dən məlumat verilib. 

Məlumata görə, rayonun Hənifə kəndində ümumi sahəsi 416 m² (hər mərtəbəsi 208 m²) olan ikimərtəbəli 7 otaqlı evin 2-ci mərtəbəsində 4 otağın yanar konstruksiyaları və dam örtüyü 208 m² sahədə yanıb. 

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.