Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində mənzil yanır.

Bu barədə İqtisadiyyat.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

***

14.45

Paytaxtın Nəsimi rayonunda yaşayış binasında baş verən yanğın səbəbindən 28 May küçəsində, eləcə də Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər olan yolda sıxlıq yaranıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Mərkəz sürücülərdən nəzərə almalarını xahiş edib.

***

14.12

Bakının mərkəzində yaşayış binasında yanğın qeydə alınıb.

İqtisadiyyat.az xəbər verir ki, yanğın 28 May küçəsində, 23 saylı orta məktəbin yaxınlığında yerləşən yaşayış binasının mənzilində baş verib.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları hadisə yerinə cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.