Bakıda xadimə müdirinin çantasından oğurluq edib.

İqtisadiyyat.az Qaynarinfo-ya istinadən xəbər verir ki, 1993-cü ildə Sabirabad rayonunda anadan olmuş Günel Cəfərova (soyad şərti) saxlanlıb və barəsinə Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə cinayət işi açılıb. İş yekunlaşdırılaraq baxılması üçün məhkəməyə göndərilib. 

Məhkəmədə məlum olub ki, təqsirləndirilən qadın ötən ilin may ayında şirkətlərin birinə xadimə kimi işə götürülüb. 2023-cü ilin avqust ayının sonundan şirkət rəhbərinin dolabın içərisində olan çantasından gizlin şəkildə 100 dollar pul götürüb. Bu üsulla həmin ünvandan pullar oğurlamağa davam edib. Oradan ümumikdə 1000 avro və 500 ABŞ dolları pul oğurlayıb. 

Oğurladığı pullar xarici valyuta olduğundan həmin pulları 28 May metrostansiyasnın qarşısında səyyar şəkildə pul dəyişdirən, əvvəlcədən tanımadığı şəxs vasitəsilə milli valyutaya çevirərək, şəxsi ehtiyacları üçün xərcləyib. 

Şirkət rəhbəri xadiməni yanına çağırıb və oğurluqla bağlı ondan soruşub. Qadın əməlini etiraf etmədiyi üçün polisə məlumat verib. Günel daha sonra oğurluq əməli törətdiyini etiraf edib. 

Məhkəmənin hökmü ilə Günel Cəfərova Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib və ona 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunub.