Tofiq Bəhrəmov adına Respublika stadionunun tanınmış diktoru Ramiz Qafarov oyun zamanı vəfat edib. 

İqtisadiyyat.az xəbər verir ki, hadisə Çelenc Kuboku çərçivəsində kişi voleybolçulardan ibarət "Xarı Bülbül" (Şuşa) komandasının 1/32 final mərhələsində Slovakiyanın "Spartak (Miyava) kollektivi ilə mübarizə aparan zaman baş verib. 

O, qarşılaşmanı izləyənlər arasında olub.