Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

İqtisadiyyat.az xəbər verir ki, hadisə Binəqədi qəsəbəsində yerləşən 179 saylı tam orta məktəbin qarşısında baş verib.

1998-ci il təvəllüdlü Rəhimli Saday Nəriman oğlu idarə etdiyi "Mersedes 190" markalı avtomaşınla yolu keçən 1963-cü il təvəllüdlü Kərimova Səyyarə Misir qızını vurub və nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb.