Bakıda avtomobilin vurduğu piyadalardan biri xəstəxanada ölüb.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, qəza hadisəsi Nizami rayonu ərazisində dekabrın 11-də səhər saatlarında baş verib.

1954-cü il təvəllüdlü İbrahimov Qəmmalı Məmməd oğlu idarə etdiyi "Opel Vectra" markalı avtomaşınla piyadalar 1990-cı il təvəllüdlü Aşırova Ayişə Mühərrəm qızı və onun övladı 2015-ci il təvəllüdlü Yaqubəliyeva Aysu Elmir qızını vurub.

Piyadalar "Yeni Klinika" xəstəxanasına yerləşdirilib, Ayişə Aşırova aldığı xəsarətlərdən ötən gün xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanılaraq istintaq davam etdirilir.