Bakının Qaradağ rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

İqtisadiyyat.az-ın məlumatına görə, Lökbatan qəsəbəsində avtomobil yolu keçən 2011-ci il təvəllüdlü Cabbarova Zəhra Anar qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.