Bakıda 53 yaşlı kişi qətlə yetirilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, saat 17 radələrində paytaxtın Sabunçu rayonu Zabrat qəsəbəsində 1970-ci il təvəllüdlü Nəcəfov Firdovsi Tofiq oğlunun küt alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Qeyd edilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1988-ci təvəllüdlü Əsgərov Adil Xəlil oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

İlkin məlumata görə hadisə şəxsi münasibətlər zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır.