Bakıda 32 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb.

İqtisadiyyat.az xəbər verir ki, hadisə Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində qeydə alınıb.

1991-ci il təvəllüdlü Quliyeva Turanə Fərman qızının yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək vəfat edib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.