Bakı metrosunda qadın sərnişin xəsarət alıb. 

İqtisadiyyat.az xəbər verir ki, hadisə 18:20 radələrində metronun 28 May stansiyasında qeydə alınıb.

Belə ki, eskalatorun qəfildən dayanması nəticəsində bir qadın sərnişin yıxılıb.

O, kürək nahiyəsindən xəsarət alıb. Hadisə yerinə metro əməkdaşları tərəfindən təcili yardım briqadası çağırılıb.