“AzFinance” İnvestisiya şirkəti “PricewaterhouseCoopers” beynəlxalq audit şirkəti tərəfindən təsdiqlənmiş və beynəlxalq maliyyə hesabat standartlarına (MHBS) cavab verən 2019-cu il üzrə maliyyə hesabatını açıqlayıb.

Hesabatlara əsasən, şirkətin idarə etdiyi vəsait 2019-cu il ərzində iki dəfə artaraq 2019-cu ildə 125 milyon manatdan çox təşkil edib.

Şirkət fərdi investor portfelini idarə etmək üzrə fəaliyyətini genişləndirmiş və bir il ərzində portfelin həcmini 2 dəfə artırmağa nail olmuşdur. Eyni zamanda, şirkət bu fəaliyyəti beynəlxalq standartlara uyğunlaşdırmış və hesabatda müştərilərin vəsaitlərini ayrıca qeyd etməklə balansda aktiv və passivlərdə azalma etmişdir.

Şirkət 2019-cu il ərzində 1 milyon 992 min 784 manat gəlir, 1 milyon 611 min 346 manat xərc və 261 min 159 manat mənfəət əldə etmişdir.

“AzFinance” İnvestisiya şirkəti 2014-cü ildən başlayaraq fəaliyyət göstərir. Şirkətin əsas fəaliyyəti brokerlik, portfelin idarə edilməsi, konsaltinq və anderraytinq xidmətlərindən ibarətdir.