Bu ilin yanvar-avqust aylarında “Azərkosmos” ASC 30 ölkəyə 30,4 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya və optik peyk xidmətləri ixrac edib.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın sentyabr sayında bildirilir. 

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,6% çoxdur. “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 90% -ni təşkil edib.

Təkcə avqustda isə səhmdar cəmiyyəti 19 ölkəyə 2,3 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib. Ötən ilin eyni dövrü ilə müqayisədə ölkələrin sayı 11 vahid yaxud 2,4 dəfə , ixracdan gəlir isə 200 min ABŞ dolları və yaxud 8% azalıb.

Yanvar-iyul aylarında xidmətin ixrac edildiyi əsas ölkələr ABŞ, Birləşmiş Krallıq, Fransa, Malayziya və BƏƏ olub. report