Laçın rayonunda 35 kV-luq "Minkənd" yarımstansiyası tikiləcək.

İqtisadiyyat.az xəbər verir ki, "Azərişıq" ASC bununla bağlı müvafiq işlərə başlayıb.

Yarımstansiya Minkənd yaşayış məntəqəsi ərazisində inşa olunacaq.

Eyni zamanda, "Ağbulaq-SES"- "Minkənd" yarımstansiyaları arası 35 kV-luq iki dövrəli ÖİN (SİP-3) xəttinin çəkilməsi işləri həyata keçiriləcək.

"Azərişıq" sözügedən işlərin 7 milyon manata başa gələcəyini ehtimal edir.