““AzerGold” QSC-nin emissiya etdiyi istiqrazlara maraq böyükdür. Sifarişlər onu göstərir ki, istiqrazlara tələb təklifi bir neçə dəfə üstələyəcəkdir”.

Bunu, “AzerGold” QSC-yə aid istiqrazların Bakı Fond Birjasında tədavülə buraxılması münasibətilə keçirilən “Açılış zəngi” mərasiminidə “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin direktoru Ceyhun Hacıyev bildirib.

Ceyhun Hacıyev əlavə edib ki, “AzerGold” istiqrazlarının təkrar bazarının da aktiv olacağı gözlənilir.

Mərasimdə “Bakı Fond Birjası” QSC-nin İdarə Heyətinin sədri vəzifəsini icra edən Eldar Abdullayev bildirib ki, qeyri-neft sektorunun aparıcı şirkətlərdindən biri olan “AzerGold” QSC-nin istiqraz buraxması mütəşəkkil kapital bazarı üçün mühüm bir hadisədir:

“Qeyd edim ki, dövriyyəyə buraxılan bu istiqrazlar fond bazarının iştirakçıları arasında böyük marağa səbəb olmuşdur”.

İqtisadiyyat naziri Mikayıl Cabbarov, Əldə etdiyimiz ilkin məlumata görə, bu qiymətli kağızlara maraq yüksəkdir. Biz də səbirsizliklə yerləşdirmənin nəticələrini gözləyəcəyik",- deyib.

Qeyd edək ki, “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin anderrayterliyi ilə, ümumi dəyəri 20 milyon ABŞ dolları olan və birinci tranş üzrə 10 milyon ABŞ dolları həcmində buraxılan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.

“AzerGold” istiqrazlarının nominal dəyəri 100 ABŞ dolları, illik faiz dərəcəsi isə 4% təşkil edir. İstiqrazların tədavül müddəti 3 ildir. İstiqraz sahiblərinə faiz gəliri 3 aydan bir ödəniləcəkdir.

 

azergold-emissiya.jpgacilis-zengi.jpg
 
 24.09.2020 10:37