Azərbaycanla Beynəlxalq Valyuta Fondu (BVF) arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq müzakirə olunub.

Bu barədə İqtisadiyyat.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyində BVF-nin Azərbaycan üzrə missiyasının rəhbəri Anna Bordonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüş zamanı qlobal iqlim dəyişmələri məsələləri, ətraf mühitin mühafizəsi sahəsində gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.