"Dağlıq Qarabağda hərbi əməliyyatın davamı üçün Azərbaycanın kifayət qədər iqtisadi vəsaitləri var".

Bunu İqtisadiyyat nazirinin müşaviri Emil Məcidov Rusiyanın TASS İnformasiya Agentliyinə bildirib.

Onun sözlərinə görə, indi baş verənlər mənzərəni dəyişir: “Bununla belə, Azərbaycanın iqtisadi ehtiyatına görə narahatlıq yoxdur, ehtiyatlarımız onilliklərin məhsuludur”.

Nazir müşaviri bildirib ki, hərbi əməliyyatların bahalığına rəğmən Bakıda iqtisadi təzyiq hiss olunmur: “Həyat normal axarında davam edir”.

Müşavirin sözlərinə görə, hazırda Azərbaycanın iqtisadi və maliyyə yardımına ehtiyacı yoxdur. “Hökumət iş rejimində çalışır. Heç nə dəyişmir. Bütün müqavilələr qüvvədədir. Təbii ki, hərbi əməliyyatlara yaxın zonada müəyyən texniki məhdudiyyətlər olub, lakin onlar müqavilələr çərçivəsində tənzimlənir”.