Bu il iyulun 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 14 mlrd 550,7 mln manat təşkil edib. 

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,9% çoxdur. 

Kredit qoyuluşunun 11 mlrd 584,2 mln manatı və yaxud 79,6%-i özəl bankların payına düşüb. Bu illik müqayisədə 5,6% çoxdur. 

Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu isə 2 mlrd 585,6 mln manat təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 18,5% çoxdur. Hesabat dövründə dövlət banklarının kredit qoyuluşundakı xüsusi çəkisi isə 17,4%-dən 17,8%-ə çatıb.

İyunun sonuna bank olmayan kredit təşkilatlarının (BOKT) kredi qoyuluşu isə 380,9 mln manat olub. Bu isə illik müqayisədə 13,2% çoxdur. İl ərzində BOKT-ların kredit qoyuluşundakı xüsusi çəkisi isə 2,6% təşkil edib.report