Azərbaycanı Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçiriləcək dünya çempionatında təmsil edəcək cüdoçular müəyyənləşib.

İqtisadiyyat.az xəbər verir ki, 100-dən çox ölkədən 700-ə yaxın idmançının iştirak edəcəyi yarışda millimiz 8 çəki dərəsində 9 kişi və 2 qadın ilə təmsil olunacaq.

Gültac Məmmədəliyeva və Aydan Vəliyeva (hər ikisi 52 kq) zədəli olduqlarına görə yığmanın tibbi heyətinin qərarına əsasən turnirə qatılmayacaqlar.

Mundialda cüdoçularımız böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman və qadınlardan ibarət millini çalışdıran Rəşad Məmmədovun rəhbərliyi altında çıxış edəcəklər.

Qadınlar

48 kq

Leyla Əliyeva

57 kq

Acelya Toprak

Kişilər

60 kq

Balabəy Ağayev

Turan Bayramov

66 kq

Yaşar Nəcəfov

Kamran Süleymanov

73 kq

Hidayət Heydərov

81 kq

Zelim Tçkayev

90 kq

Elcan Hacıyev

Vüqar Talıbov

100 kq

Zelim Kotsoyev

Qeyd edək ki, dünya çempionatı mayın 19-23-ü aralığında gerçəkləşəcək