"Azərbaycan Dəmir Yolları" (ADY) QSC iri beton təchizatçılarından olan “Spark” MMC-ni məhkəməyə verib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, ADY şirkətlə bağlı Bakı Kommersiya Məhkəməsinıə müraciət edib.

İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr (sair öhdəliklər üzrə mübahisələr) ilə bağlıdır.

Məhkəmə işinə hakim Ülkər Həsənovanın sədrliyi ilə baxılacaq.

Xatırladaq ki, “Spark” MMC 1997-ci ildə yaradılıb. Ölkənin böyük beton təchizatçılarından biri olan tikinti şirkətidir. Şirkətin nizamnamə kapitalı 18 660 000 manatdır.