2020-ci ilin yanvar-mart aylarında Azərbaycandan $999,9 milyon məbləğində kapital çıxarılıb.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) dərc etdiyi tədiyə balansına dair məlumatda qeyd olunur.

2019-cu ilin I rübündə Azərbaycandan $740,8 milyon məbləğində kapital çıxarılıb. Beləliklə, hesabat dövründə Azərbaycandan kapitalın çıxarılma həcmi 35% artıb.

AMB qeyd edir ki, cari ilin I rübündə Azərbaycanın rezidentləri xarici kreditlər üzrə $88,7 milyon (2019-cu ilin yanvar-mart aylarında $89,6 milyon) məbləğində faiz ödənişi həyata keçiriblər.

2019-cu ildə Azərbaycandan çıxarılan kapitalın həcmi 2018-ci illə müqayisədə 2,1% artıb.FED.az