Beynəlxalq Valyuta Fondunun (IMF) İcraçı Direktorunun müşaviri Rəşad Həsənova ağır itki üz verib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, onun anası Şölə Həsənova dünyasını dəyişib.

Onun hansı səbəbdən vəfat etdiyi məlum deyil.

Qeyd edək ki, R.Həsənov bu ilin sentyabr ayında Beynəlxalq Valyuta Fondunun (IMF) İcraçı Direktorunun müşaviri təyin olunub. O daha əvvəl isə Maliyyə Nazirliyinin Aparatının Ortamüddətli Xərclər Çərçivəsinin Hazırlanması Mərkəzinin direktor müavini olub.