Türkiyəli "TIR" sürücüsünün Göygöl rayonunda avtomobilin salonunda meyiti tapılıb. 

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, hadisə Balçılı kəndində yerləşən yük avtomaşını sürücülərinin istirahət etməsi üçün nəzərdə tutulmuş "Türk Tır Parkı" adlanan ərazidə qeydə alınıb.

Belə ki, 1962-ci il təvəllüdlü Türkiyə vətəndaşı, "Ağaçlı" daşıma şirkətinin sürücüsü Söğüt Zikri Hakkı oğlu yük avtomobili ilə ölkəsinə qayıdarkən avtomobilini həmin ərazidə saxlayaraq salonunda yatıb.

Amma səhər saatlarında digər iş yoldaşı onu oyatmağa getsə də, onun öldüyünü görüb.

Faktla bağlı hazırda Göygöl rayon prokurorluğunda araşdırma aparılır.