Vəkillər Kollegiyasının üzvü Qasımov Teymur Salman oğlu vəfat edib.

İqtisadiyyat.az xəbər verir ki, onun ürək çatışmazlığından 53 yaşında dünyasını dəyişdiyi bildirilir.

Ailəsindən İqtisadiyyat.az-a bildirilib ki, T.Qasımov bu gün səhər saatlarında vəfat edib. Qeyd edilib ki, ürəyində tromblaşma yaranıb və qəfildən keçinib.

Təcili yardım çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, T.Qasımov Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili idi.