Dövlət sığorta şirkəti olan "Azərsığorta"nın işçilərinin sayı 2019-cu ildə kəskin artıb.

İqtisadiyyat.Az xəbər verir ki, 2019-cu ilin sonunda şirkətin əməkdaşlarının sayı 428 nəfər olub ki, bu da 2018-ci illə müqayisədə 93 nəfər və ya 28% artıqdır. Sığorta şirkətinin işlədiyi agentlərin sayında da artım var.

Ötən il "Azərsığorta" 75 agentlə işləyib ki, bu da 2018-ci ildən 6 agent artıqdır.(FED.az)