2020-ci ilin yanvar-iyun aylarında Azərbaycanda həyata keçirilmiş 400 milyon 959 min manat sığorta yığımının 312 milyon 825 manatı və yaxud 78%-i 5 sığorta şirkətinin payına düşüb.

Bu şirkətlər "PAŞA Həyat Sığorta", "PAŞA Sığorta", "Azərsığorta", "Atəşgah Həyat Sığorta" və “Qala Sığorta”dır. 

Bu ilin yanvar-iyun aylarında "PAŞA Həyat Sığorta" 132 milyon 820 min manat, "PAŞA Sığorta" 100 milyon 212 min manat, "Azərsığorta"39 milyon 462 min manat, "Atəşgah Həyat Sığorta" 21 milyon 249 min manat və "Qala Sığorta" 19 milyon 82 min manat sığorta yığımı edib.

6 ay ərzində ən az sığorta haqqı toplamış sığorta şirkətləri isə "AXA MBask" (5 min manat), "Naxçıvan Sığorta" (624 min manat) və "Bakı Sığorta” (729 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 1,358 milyon manat sığorta haqqı toplayıb ki, bu da ümumi yığımların 0,3%-i deməkdir.

Qalan 13 sığorta şirkətinin ümumi yığımları isə 86 milyon 776 milyon manat və ya 21,6% təşkil edib.FED.az