Ölkədə tətbiq olunan sərt karantin rejimində koronovirusa yoluxmuş insanların sürətli şəkildə sağalması hazırda da aktualdır. Müalicələrin aparılma qaydası, koronaviruslu xəstələrin daha çox hansı xəstəxanalarda sağaldığı da geniş maraq doğurur. Bununla bağlı sosial şəbəkələrdə virusdan sağalan bir neçə nəfərin müraciəti yayılıb.

Yazılan rəylərdə bildirilir ki, sağalmalar əsasən, Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalında qeydə alınır. 

       

     

Məlumat üçün bildirək ki, ötən ay Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva FHN-nin Tibb Mərkəzinin açılışında iştirak ediblər. Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov dövlətimizin başçısına ümumi şəraitlə bağlı raport verib. Nazir bildirib ki, Tibb Mərkəzinin modul tipli hospitalı 10 korpusdan ibarətdir və burada 800 xəstəni qəbul etmək üçün hər cür imkan var. Burada yaradılan şərait müalicə işi ilə yanaşı, laborator müayinələri də qısa müddətə və keyfiyyətlə aparmağa imkan verir. Belə xəstəxanaların istifadəyə verilməsi koronavirusa yoluxanların lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetmə və tibbi əlaqələndirmənin təmin edilməsində böyük rol oynayır.

 

 

https://www.facebook.com/watch/?v=573685896641157

https://www.facebook.com/watch/?v=299188567859489