Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərova ağır itki üz verib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, onun qaynatası Şəmsəddin Tarverdiyev dünyasını dəyişib.

Onun hansı səbəbdən vəfat etdiyi məlum deyil.

Qeyd edək ki, Şəmsəddin Tarverdiyev kimyaçı-alim olub. O, Ombudsman Aparatının Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sektorunun müdiri Aytən Tarverdiyevanın atasıdır.

Allah rəhmət eləsin!