Azərbaycanda istiharət mərkəzində intihar hadisəsi baş verib.

İqtisadiyyat.az xəbər verir ki, hadisə Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən "Gəmi" istirahət mərkəzinin ərazisində qeydə alınıb.

Belə ki, 1995-ci il təvəllüdlü Kərimov Məhəmməd Kərim oğlu ərazidəki yarımtikilidə özünü asaraq intihar edib.

Onun borclarının olması səbəbindən intihar etdiyi iddia olunur.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.