Bu ilin yanvar-aprel aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 14,2 milyard manat olmaqla ötən ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 4,1azalıb.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 2019-cu ilin yanvar-aprel ayları ilə müqayisədə 3,9azalaraq 13,7 milyard manata bərabər olub, onun 46,3%-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

Hesabat dövründə istehlak bazarında bir istehlakçı orta hesabla ayda 357,8 manatlıq və yaxud 2019-cu ilin eyni dövrü ilə müqayisədə 7,6 manat az əmtəə alıb və ödənişli xidmətlərdən istifadə edib.