İlkin təhlillərə əsasən ölkə iqtisadiyyatının 2020-ci ildə ÜDM-in azalmasını gözlənilsə də, azalma templəri gözləntilərdən daha aşağı olacaq. Bunu İqtisadiyyat Naziri Mikayıl Cabbarov, Daşkəsən Filizsaflaşdırma və Çovdar filiz emalına səfəri zamanı çıxış edərkən deyib.

Onun sözlərinə görə, əyər proqnozlara əsasən may-iyun aylarında 4,5 – 4,7%-dək ehtimallar olunurdusa, hazırda iqtisadiyyatın azalma templəri təxminən 3,5 – 3,7% ətrafında proqnozlaşdırılır.

“Bütün bu proqnozlarda, pandemiyanın ikinci dalğasının olub olmaması, olduğu halda və təqdirdə hansı dərəcədə sərt olması və ən əsası vətəndaşlarımızın, hər birimizin müvafiq normalara riayət edilməsi ilə birbaşa olaraq bağlıdır. Çünki iqtisadiyyat və iqtisadi aktivlik birbaşa olaraq sosial aktivliklə bağlıdır. Bunlar bir-birindən ayrılmamalıdır və ayrıla bilməz”, - deyə nazir qeyd edib.