Bu il sentyabrın 1-nə Azərbaycanda dövlət xətti ilə verilmiş ipoteka kreditlərinin məbləği 1 548 301 min manat təşkil edib.

İpoteka və Kredit Zəmanət Fondu xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 25 549 min manat, yaxud 1,7% çoxdur.

Ötən ay dövlət xətti ilə verilən ipoteka kreditlərinin sayı 382 vahid artaraq 29 776-dan 30 158-ə çatıb.

Fond dövlət xətti ilə zəmanət və subsidiyalar verilmiş kreditlərin məbləğini də açıqlayıb. Bu məbləğ avqustda 11 820 min manat və yaxud 12,9% artaraq 103 161 min manata çatıb.report