Azərbaycanda 7 sığorta şirkətinin iştirakı ilə “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-nin yaradılmasına yekun qərar verilib. 

Artıq bununla bağlı Azərbaycan Mərkəzi Bankına ilkin müraciət göndərilib. 

Yeni maliyyə qurumu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Sığorta Fondu ilə əməkdaşlıq edəcək. Onun nizamnamə kapitalının 2 187,5 min manat olması nəzərdə tutulub. Başqa sözlə, hər səhmdara 312,5 min manat düşəcək.report