Azərbaycanlı astrofizik alim İzzət Salmanov vəfat edib.

Alim 2 ildir davam edən xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, İ.Salmanov 1940-ci il mayın 20-də Qəbələnin Vəndam kəndində anadan olub. Azərbaycan Dövlət Universitetini bitirib. Fizika-riyaziyyat elmlər üzrə fəlsəfə doktoru adını alıb. 
Orta və ali məktəblərdə dərs deyib. 30-a yaxın elmi məqalənin müəllifidir. Yazdığı elmi məqalələr bir çox xarici jurnallarda dərc olunub. 
O, ilk dəfə rentgen sahəsində parlayan ulduzun yerini optik sahədə müşahidə edib. Şamaxı Astrofizika Rəsədxanasının elmi katibi və labaratoriya müdiri vəzifələrində çalışıb. 
Ümum-ittifaq Həmkarlar İttifaqının Döş nişanını alıb və “Luna -16” kosmik aparatının müşahidəsinə görə mükafatlandırılıb.

Allah rəhmət eləsin!

ss_1596528412.jpeg